Modern.az

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

18 Noyabr 2017, 22:56

Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb.

Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib. Yolun ensiz və yağışlar səbəbindən sürüşkən olması sürücülər üçün təhlükə yaradır. Əlverişsiz hava şəraiti səbəbindən ərazidə təmizlik işləri müvəqqəti dayandırılıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi