Modern.az

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

19 Noyabr 2017, 11:25

Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.

 

Təyin edilmiş məntəqə və rayonlarda idarəetmə məntəqələri açılaraq qoşunların idarə edilməsi həyata keçirilib. İdarəetmənin bir məntəqədən digərinə ötürülməsi məşq etdirilib.

 

Birləşmə və hissələrin komplektləşdirilməsi üzrə səfərbərlik tədbirləri qismən yerinə yetirilib. Komplektləşdirmə zamanı bəzi azsayılı ixtisaslı hərbi vəzifəlilərin çağırışı praktiki həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır