Modern.az

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı

Aktual

19 Noyabr 2017, 20:30

Göygöldə ağır yol qəzası olub. Modern.az "Report"a istinadən xəbər verir ki iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qəza zamanı xəsarət almış yaralılardan biri - 1993-cü il təvəllüdlü Elxan İntizam oğlu Nəbiyev xəstəxanada dünyasını dəyişib.

Digər yaralılar - 1986-cı il təvəllüdlü Asim Xıdırov və onun həyat yoldaşı - 1988-ci il təvəllüdlü Vəfa Xıdırova, onların az yaşlı övladları, habelə sürücünün qardaşı - 1978-ci il təvəllüdlü Əziz Xıdırov, eləcə də digər avtomobildə olan Feyman Mirzəyev və 1965-ci il təvəllüdlü İsmail Əmirov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır