Modern.az

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

20 Noyabr 2017, 00:34

Zimbabvenin hazırkı prezidenti Robert Muqabe televiziya vasitəsilə xalqa müraciət edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Robert Muqabe xalqa müraciətində istefa barədə heç nə deməyib.

 

Muqabe bildirib ki, dekabrda hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının konqresində sədrlik edəcək: "Ölkədə baş verən son hadisələr ölkə Konstitusiyası və onun hakimiyyətinə təhlükə kəsb etmir. “Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə müstəqil olaraq həll etməyə qərarlıdır”.

 

 

21:31

 

 

Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, dövlət televiziyasından Muqabenin yaxın saatlarda xalqa müraciət edəcəyi bildirilib.

 

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

 

Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub