Modern.az

İlham Əliyev: “Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”

İlham Əliyev: “Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”

19 Noyabr 2017, 22:06

"Sizin səfəriniz bizim münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir". Modern.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev  Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

 

İlham Əliyev bildirib ki, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir: "Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi olaraq görüşürlər. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik.

 

Həmçinin, ticari-iqtisadi sahədə yaxşı nəticələri qeyd etmək istərdim. Bu il bizdə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb. Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər.

 

Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu