Modern.az

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

19 Noyabr 2017, 22:42

"Lap bu yaxınlarda - noyabrın 1-də Rusiya Federasiyasının Prezidenti ilə Tehranda növbəti dəfə görüşdünüz. O, Sizə səmimi salamlarını çatdırır, məmnuniyyətlə Sizin görüşlərinizi xatırlayır. Biz Vladimir Vladimiroviçlə Sizin aranızda olan razılaşmaların yerinə yetirilməsinə sadiqik. Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ticarət dövriyyəsi bizim statistikaya görə, bu ilin ilk 9 ayında ən azı 60 faizdən çox artıb. Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır". Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyevlə görüşdə  Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Sergey Lavrov qeyd edib ki, bu il Stavropolda uğurla keçirilən Regionlararası Forumu xüsusi qeyd etmək lazımdır: "Bakıda parlamentlərarası komissiyanın iclası keçirilib. Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetinə çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Sabah məmnuniyyətlə bunu edəcəyəm. Həqiqətən də bizi birləşdirən əlaqələr çoxdur. Bir yaxşı nümunə: lap bu yaxınlarda Moskvada bizim kosmik proqramımızın banilərindən biri, SSRİ-nin Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimovun 100 illiyi qeyd edilirdi. Düşünürəm ki, tariximizin bu cür dövrləri bizi əvvəlki kimi birləşdirməli və yeni qarşılıqlı münasibətlərimizə göstərici olmalıdır. Biz, əlbəttə, mənim həmkarımla beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimizdən danışacağıq. Bu fəaliyyət davamlı şəkildə inkişaf edir. Biz də, əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Burada biz Sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir