Modern.az

FİFA prezidenti Bakıya gəlir

FİFA prezidenti Bakıya gəlir

Aktual

20 Noyabr 2017, 11:54

FİFA prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlir.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, səfərdə məqsəd noyabrın 21-də Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitində iştirak etməkdir.

Tədbirdə Canni İnfantino ilə yanaşı FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir