Modern.az

Maşın oğurluğu edən dəstə tutuldu

Maşın oğurluğu edən dəstə tutuldu

20 Noyabr 2017, 12:22

Noyabrın 19-da saat 5.00 radələrində Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubishi” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi Xidməti”nə məlumat daxil olub.


DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil Bakı BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bülbül prospektində saxlanılıb.


Avtomobillə birlikdə onu idarə edən şəxs də Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun paytaxt sakini Nicat Vəliyev olması müəyyən edilib.


Araşdırma aparılır.

 

***


Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyevin ətraflarında Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 10-na keçən gecə Zığ yolu küçəsindən Bakı şəhər sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

        
olis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil noyabrın  18-də Masallı rayonu ərazisində tapılıb.

 

        

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu