Modern.az

Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

Aktual

20 Noyabr 2017, 12:40

Bakıda yolu keçmək istəyən piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?