Modern.az

Məmmədyarov-Lavrov görüşü BAŞLADI

Məmmədyarov-Lavrov görüşü BAŞLADI

20 Noyabr 2017, 12:42

Bakıda Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"dəki səhifəsində yazıb.

 

Nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edir.

 

Qeyd edək ki, S.Lavrov noyabrın 19-dan Azərbaycanda səfərdədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...