Modern.az

Hacı Sabir əməliyyat olunub? - Qardaşından AÇIQLAMA  

Hacı Sabir əməliyyat olunub? - Qardaşından AÇIQLAMA   

Aktual

20 Noyabr 2017, 13:10

“Hacı Sabir Həsənli əməliyyat olunmayıb. Uzun müddət idi ki, ürəyində narahatlığı vardı. Azərbaycanda da müalicə olunmuşdu. Bu yaxınlarda qərara gəldi ki, Türkiyəyə gedib yoxlansın”.

Bunu Modern.az-a açıqlamasında  Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin qardaşı Elçin Həsənli deyib.

Qardaşı hacının səhhətinin indi normal olduğunu bildirib.

“Artıq bu günə Hacı Sabir Həsənli Bakıya qayıtmalıdır. Türkiyədə heç bir əməliyyat həyata keçirilməyib. Sadəcə, ürəyində yaranan problemlərə görə müayinə-müalicə olunub. İndi şükürlər olsun ki, hacının səhhəti normaldır. Heç bir ciddi problemi yoxdur”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Univeristetinin rektoru Hacı Sabir Həsənlinin Türkiyədə əməliyyat olunduğu xəbəri yayılıb.

Xatırladaq ki, uzun müddətdir Hacı Sabir Həsənli telefonlara cavab vermirdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür