Modern.az

“Diplomatik korpuslar, diaspor təşkilatları formal tədbirlərdən uzaq durmalıdırlar”

“Diplomatik korpuslar, diaspor təşkilatları formal tədbirlərdən uzaq durmalıdırlar”

20 Noyabr 2017, 13:22

“Diplomatik korpuslar və diaspor təşkilatlarının fərqli statusları olsa da, əslində eyni məqsədlərə xidmət etməli olan qurumlardır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi Ufuk Kamal səsləndirib. O bildirib:

 

“Yəni onlar soydaşlarımızın xaricdə daha dolğun təmsil olunmasına yardım etməli, onun qarşılaşdığı problemləri yaşadıqları məmləkət insanlarının diqqətinə mümkün qədər daha geniş çatdırmalı, dostlarımızın sayını artırmalıdırlar.

 

Bunun sırf dövlətin imkanlarıyla edilməsi, ya da sadəcə diaspor təşkilatlarının əliylə həyata keçirilməsi yetərli qədər effektli olmaya bilər. Bu iki növ qurumun eyni məqsədlər naminə imkanlarını birləşdirməsi ən yaxşı alternativdir. Lakin bu gün heç də hər şey arzu etdiyimiz kimi deyil. Bir tərəfdən diplomatik korpusun lazım olduğundan daha çox bürokratiyaya meylli olması, digər tərəfdən, diaspor təşkilatlarının maddi-texniki bazasının zəifliyi ən nəzərçapracaq problemlərdir.

 

Onların aradan qaldırılması üçün opertaiv və effektli addım atılmalıdır. Həmişə olduğu kimi, qatar yola düşdükdən sonra arxasınca qaçmağımız lazım deyil! Hər şeydən öncə, bu koordinasiyanı həyata keçirməli olan dövlət orqanı ümumi bir çalışma strategiyasını hazırlamalı, formal xatakterli tədbirlərdən uzaq durmalı, insanla dövlətin, diaspor qurumları ilə diplomatik korpusun qaynaşmasını təmin etməli, öz körpü funksiyasını sonuna qədər yerinə yetirməlidir.

 

Belə olduğunda həm xalqımızın, həm də onun övladlarının başı hər yerdə dik durar, səsimizi eşidənlərin, sözümüzü anlayanların da sayı bir o qədər çox olar”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub