Modern.az

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı

Aktual

20 Noyabr 2017, 13:34

Masallı rayonunun Yenikənd kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinə evindən 650 manat pul və 3000 manat dəyərdində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin Modern.az-a verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluğun elə qadının həmkəndliləri tərəfindən törədildiyi müəyyən edilib. Bir neçə ay əvvəl həmin evdə usta işləyən Masallının Yenikənd kənd sakini 27 yaşlı Ramil Əsgərov pulun və qızılın yerini, evə gizli yolla daxil olmağın yolunu öyrənib.

Sonra isə tanışları, həmkəndlisi 30 yaşlı Vüsal Hacıyev və 23 yaşlı Samir Mirzəzadəyə bu barədə məlumat verib. Ev sahibinin evdə olmadığı vaxtı da dedikdən sonra sonuncu iki şəxs ikinci mərtəbədəki balkonun plastik qapısını açaraq içəri daxil olublar. Saxlanılan Ramil Əsgərov və Vüsal Hacıyev törətdikləri əməli etiraf ediblər.

Oğurladıqları qızılı hissə-hissə satdıqlarını və pulu aralarında böldüklərini bildiriblər. Hazırda onlardan biri - Samir Mirzəzadənin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçrilir.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır