Modern.az

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”

20 Noyabr 2017, 13:34

"Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi razı salmır, bu münaqişənin həlli yollarını axtarmalıyıq".

 

Modern.az saytının məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra Bakıda keçirilən brifinqdə deyib.

 

O bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi son görüşlərdə əldə olunmuş və hamını razı salan razılaşmalar əsasında həll istiqamətində çalışacaq.

 

"Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır"-deyə Lavrov əlavə edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı