Modern.az

“Qarabağ” - “Çelsi” oyununun hakimləri bəlli oldu  

“Qarabağ” - “Çelsi” oyununun hakimləri bəlli oldu   

Aktual

20 Noyabr 2017, 14:55

Çempionlar Liqasının V turu çərçivəsində  keçiriləcək  “Qarabağ” - “Çelsi” oyunun hakimləri açıqlanıb.

Modern.az-ın məlumatına görə, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüş potuqaliyalı hakimlər briqadasına həvalə olunub.

Qarşılaşmanın baş hakimi Manuel De Sousa olacaq. Ona Alvaro Mesquita və Rikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcəcək.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da start götürəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!