Modern.az

Həbsdəki müstəntiq ata oldu

Həbsdəki müstəntiq ata oldu

Aktual

20 Noyabr 2017, 14:59

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun nəvəsi dünyaya gəlib. Belə ki, hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun oğlu dünyaya gəlib.

 

Eldar Sabiroğlu Modern.az-a açıqlamasında sevincini belə ifadə edib.

 

“Çoxdankı arzum idi  ki, nəvəm olanda atamın adını qoyum. Təbii ki, bu arzuma evdəkilər də sevindi. Amma Rüfətin ata olmasından xəbəri yoxdur. Telefon əlaqəmiz olmadığından xəbəri çatdıra bilməmişik. Bu həftə ərzində çalışacağıq ki, bu şad xəbəri Rüfətə çatdıraq”

 

Qeyd edək ki, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, Eldar Sabiroğlunun oğludur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir