Modern.az

Barama Lissabon veb-sammitində

Barama Lissabon veb-sammitində

20 Noyabr 2017, 15:08

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ölkəmizin ən uğurlu startapı “Technote”PAŞA Bankın dəstəyilə Azərbaycanı daha bir beynəlxalq konfransda təmsil etdi. Ölkəmizdən yeganə nümayəndə olaraq Portuqaliyanın Lissabon şəhərində keçirilən veb-sammitə  qatılan təmsilçilərimiz bu sammit boyu müxtəlif tədbirlərdə yaxından iştirak edib, təcrübə mübadiləsi aparıblar.

 

Məlumat üçün bildirək ki, veb-sammit2009-cu ildən etibarən hər il keçirilən texnoloji konfransdır. Hər il bu tədbirə nəhəng şirkətlərdən tutmuş İT sahəsində çalışan kiçik şirkətlərin nümayəndələri, o cümlədən şirkət prezidentləri, startapların qurucuları, həmçinin qlobal texnologiya və əlaqəli sahələrdə çalışan müxtəlif insanlar qatılır. Bu il keçirilmiş tədbirdə 160 ölkədən 60,000-dək nümayəndə iştirak etmişdir. Siyasi sferadan ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, Rəqabət məsələləriüzrə Avropa Birliyinin Səlahiyyətlisi Marqaret Vestaqer və Fransanın keçmiş prezidenti Fransua Holland tədbirdə spiker qismində qatılıb. Bu spikerlərdən əlavə, texnologiya sahəsinin məşhur simaları, o cümlədən İntel,Oracle və Microsoft şirkətinin prezidentləri və digər şirkət rəhbərləri də konfransda iştirak edib. 

 

Qeyd edək ki,  Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə yardım edir. İndiyə qədər Barama mərkəzi ölkəmizdə onlarla layihə və müsabiqənin gerçəkləşməsinə şərait yaradıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq