Modern.az

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə

Aktual

20 Noyabr 2017, 15:13

Noyabrın 19-da Azərbaycan ilk dəfə Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində keçirilmiş Beynəlxalq milli mətbəx festivalında iştirak edib.

 

Builki VII beynəlxalq festival Avstraliyada akkreditə olunmuş konsulluq korpusu tərəfindən təşkil olunmuşdu. Ölkəmizin Avstraliyadakı Fəxri konsulu Aydan Rzayeva deyib ki, tədbir Azərbaycan konsulluğu, Azərbaycan-Avstraliya Dostluq Cəmiyyəti və Avstraliyada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilib. Festivalın qonaqlarına və iştirakçılarına Azərbaycan milli mətbəxindən müxtəlif nümunələr, eləcə də mədəni proqram təqdim olunub.

 

Konsulun sözlərinə görə, tədbir Qərbi Avstraliyanın qubernatorunun rəsmi iqamətgahında təşkil olunmuşdur. Qubernator Kerri Sanderson  Azərbaycan pavilyonuna baş çəkmiş, ölkəmizin festivalda ilk dəfə iştirakına baxmayaraq təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirmişdir. Festivalın Azərbaycan pavilyonundan əldə olunan gəlir “Girls Academy” xeyriyyə fonduna keçirilib.

 

VII beynəlxalq festivalda iştirak edən dövlətlər arasında ölkəmizlə yanaşı  Almaniya, Avstriya, Belçika, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Danimarka, Estoniya, Hindistan, Xorvatiya, İndoneziya, İsveç, İtaliya, Kolumbiya, Malayziya, Mavriki, Nepal, Niderland, Norveç, Şri-Lanka, Vyetnam, Yaponiya və Yunanıstan yer almışdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır