Modern.az

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...

20 Noyabr 2017, 15:15

Bakıda bəzi küçə və yollarda süpürgəçilərin maşınların önünə çıxaraq, həm özlərinin,  həm də sürücülərin həyatını təhlükəyə atması halları müşahidə edilir Sürücülər süpürgəçilərin əsasən səhər saat 5.30-6.00 radələrində qəfildən yola çıxmalarının təhlükəsindən danışırlar.

Məsələ burasındadır ki, həmin saatlarda təhlükənin artmasına səbəb əksər yollarda küçə işıqlarının yanmamasıdır. Belə olan halda həm sürücülər, həm də süpürgəçilər üçün təhlükə yaranır.

O zaman küçə işıqlarının söndürülməsinin səbəbləri nədir? Bununla insanların həyatına niyə təhlükə yaradırlar?

Ən əsası, süpürgəçilər hansı saatlarda küçələri süpürməlidirlər?

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Bakı Şəhəri İcra Hakimiyyəti Ticarət və Xidmət Deportamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov saytımıza açıqlamasında mövzuya tam cavab verə bilməsə də, süpürgəçilərin erkən vaxtlarda küçədə iş görmələrini doğru hesab etməyib.


“Əslində, bu sual departamentə aid sual deyil. Amma bir sürücü olaraq o fikirdəyəm ki, bu cür hallar həm sürücülərin, həm də piyadaların həyatına təhlükə törədir. Hətta günorta saatlarında da yollarda süpürgəçi qadınlara rast gəlmək olar ki, bu da qəza faktorunu qaçılmaz edir. İşıqların bəzi küçələrdə söndürülməsinin tam səbəbini deyə bilməyəcəm. Amma şəhərin bəzi küçə və prospektlərində gündüz saatlarında işıqların yandığını görmək olar. Bu da anormal haldır”.


Süpürgəçilərin günün hansı vaxtlarında küçə süpürmələrinə gəlincə, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən bu barədə məlumat vermək istəməyiblər...

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub