Modern.az

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           

20 Noyabr 2017, 16:24

18 noyabrda Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı olub. 

 

Aşıqlar Birliyinin sədri, Məhərrəm Qasımlı Qənbər Şəmşiroğlunun yaradıçılığı  və kitab haqqında ətraflı məlumat verdi.

 

Bildirdi ki, saz-söz sərrafı olan Qənbər Şəmşiroğlunun “Kəlbəcər ömürüm həyatım kitabının ikinçi hissəsində də birinçi hissədə olduğu kimi Kəlbəcərdə baş verən ictimai-siyasi hadisələr geniş  əksini  tapmışdır. Müəllif burda da gündəliklərdən istifadə etməklə hadisələri faktlarla göstərməyə calışmışdır. Azərbaycan Yazıcılar birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı , şair, nasir, publisist kimi geniş yaradıçılıq imkanlarına malik Qənbər Şəmşiroğlu “Kəlbəcər: ömürüm, həyatım” toplusunun ikinçi hissəsində də öz ənənəsinə sadiq qalaraq oxucusuna günümüzün aktual mövzusu olan vətənpərvərlik, yurdsevərlik hissləri aşlayır.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Xalq şairi Sabir Rüstəmxanlı? Akademik Kamran Əliyev və filologiya elimləri doktoru Şirindil Alışanlı bildirdilər ki, Qənbər Şəmşiroğlu Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, hətta baməzə hadisələr öz ifadəsini tapıb.

Milli Məclisin deputatları Jalə Əliyeva və Aqil Abbasçıxışlarında böyük sənətkarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar. Bildiriblər ki, kitabda şairin doğulub boya çatdığı eldə, obada bir sıra partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördükləri  xatirələr yer alıb. Qənbər Şəmşiroğlu müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışmağına baxmayaraq öz soykökünü unutmayaraq yaradıcılığa, şeirə, nasrə, publisistikaya böyük yer ayırıb. 

 

Əməkdar jurnalist, şair Adil Cəmil,  professorlar Şahlar Əsgərov, Azərbaycan Yazıcılar birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, ziyalılardan Ağalar İdirisoğlu,  Vəliyəddin İsmayılov, Azərbaycan Dəmir Yolları QSC-nin YAP Partiya təşkilatının sədri, Xeyurulla Hümbətov  və digərləri cıxış edərək bildirdilər ki, 30 dan artıq  kitab müəllifi Qənbər Şəmşiroğlunun şeirlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar. 

 

Natiqlər Qənbər Şəmşiroğlu şəxsiyyəti və yaradıcılığı haqqında maraqlı söhbət açaraq onun tapındığı od-ocağın XVI əsrin böyük dövlət xadimi, şair-övliya ulu babası Miskin Abdaldan üzü bəri  onlarla saz və söz xiridarlarının, o cümlədən, babası Ağdabanlı şair Qurbanın, atası ustad sənətkar  Dədə Şəmşirin ədəbiyyatımıza, mənəviyyatımıza göstərdikləri böyük xidmətlərini qeyd etdilər. Bildirilib ki, Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri - qoşma, qəzəl, gəraylılarla bu bulağın suyunu daha da gur edib. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili var. Bildirilib ki, ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” Birdə görüşərdik, Nigəranam, Canının etirafı və s. kitablarındakı şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti əksini tapıb.Öz qayğıkeşliyi, insanlara və təbiətə vurğunluğu, bitib-tükənməz yaradıcılıq enerjisi ilə o, bu gün ömrünün müdrik çağlarını yaşayır. Sürətlə ömürdən ötən illər el ağsaqqalı Qənbər Şəmşiroğlu üçün həm gözəl, həm keşməkeşli, həm şirin, həm də acı və əzablı olub.

 

Qeyd edilib ki, Qənbər Şəmşiroğlu bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur.

 

Tədbirdə şagirdlər ədəbin şeirlərindən nümunələr səsləndiriblər.

 

Tədbirin sonunda isə Qənbər Şəmşiroğlu dövlətimiz tərəfindən yazarlara diqqət və qayğıdan çıxış edərək onun ədəbi-bədii yaradıcılığına, şəxsiyyətinə, ona dəyər verib bu tədbirə gələn qonaqların hər birinə öz təşəkkürünü bildirdi. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir