Modern.az

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA  

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA   

20 Noyabr 2017, 16:54

Sentyabrın 27-dən başlayan Hicri təqviminin Məhərrəm və Səfər ayları ötən gün başa çatıb. Bu gündən etibarən isə  yeni toy mövsümünə start verilib.

Maraqlıdır, şadlıq evləri menyuda, qiymətlərdə hansısa dəyişikliklər edibmi?

 

Modern.az saytı bu suallarla  bir neçə restorana müraciət edib.

 

"Mega Palace” şadlıq evinin əməkdaşı Vüsal Şirinov: “Artıq bir neçə sifarişrimiz var. Menyunun tərkibində və qiymətdə dəyişiklik olmayacaq. Həmişəki qaydada işləyəcəyik. Sifarişlərimiz də qaneedicidir”.

 

"Çanaqqala” restoranının əməkdaşı Rafiq: “Məhərrəmlik zamanı sifarişlərimiz olub. Bunlar nişan, xınayaxdı mərasimləridir. Menyunun tərkibində və qiymətində isə heç bir dəyişiklik olmayacaq”.

 

"Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlu: “Artıq bir neçə toy sifarişimiz var. Restoranımızda isə qiymətlər normaldır. Menyuların qiymətlərində heç bir dəyişiklik yoxdur”.

 

"Xəmsə” şadlıq evinin administratoru Bəxtiyar: “Məhərrəmlikdən sonrakı aylar üçün restoranımıza sifarişlər qəbul edilib. Menyunun tərkibində və qiymətində dəyişiklik olmayacaq. Həmişəki qaydada işləyəcəyik. Sifarişlərimiz də qaneedicidir”.

 

“Ağ saray” şadlıq evinin inzibatçısı Rəşad: “Sifarişlərimiz sayı qaneedicidir. Menyuların qiymətlərində isə heç bir dəyişiklik olmayacaq. Sifarişlərlə bağlı məsələdə də  hər şey öz qaydasında gedir”.

 

"Su Sonası” şadlıq evinindən bildirdilər ki, sabahdan restoranda toy keçirləcək. “Qiymətlərimiz normaldır. Sifarişlərlə bağlı isə heç bir narahatçılığımız yoxdur. Hər şey öz qaydasında gedir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir