Modern.az

Bakı Dövlət Universitetinin professoru vəfat edib

Bakı Dövlət Universitetinin professoru vəfat edib

Allah rəhmət eləsi̇n

20 Noyabr 2017, 17:26

Respublikanın tanınmış fizik alimi, Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrasının professoru, Fizika elmləri doktoru Talətdin Bağırov vəfat edib. 

Bu barədə Modern.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib.
 
20 may 1960-cı ildə Siyəzən rayonunun Dağ-quşçu kəndində anadan olan Talətdin Bağırov 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə BDU-nun aspirantı olub. 1988-ci ildə «Temperatur, moçevina və qeyri-üzvi elektrolitlərin dekstranla bir sıra qeyri-ion polimerlərin uyuşmasına təsiri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci ildən BDU-nun Fizika fakültəsinin dosentidir. 2011-ci ildə «Polimer-su ikifazalı sistemlərinin hal diaqramlarının və bir sıra bioloji təbiətli maddələrin nisbi hidrofobluqlarının tədqiqi» mözusunda doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru alimlik dərəcəsi alıb. 2013-cü ildə Maddə quruluşu kafedrasının professoru vəzifəsinə seçilib.

Allah rəhmət eləsin!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir