Modern.az

Avropa Birliyinin maliyyələşdirdiyi layihə fəaliyyətə başlayıb

Avropa Birliyinin maliyyələşdirdiyi layihə fəaliyyətə başlayıb

20 Noyabr 2017, 18:14

Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvinninq layihəsinin açılış mərasimi keçirilib.

 

Açılış Mərasimində Polşa Ali Audit Ofisinin Prezidenti Krzysztof Kwiatkowski və Polşanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marek Całkada, Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas , Aİ-yə Üzv Ölkənin və Benefisiar Ölkənin tərəfdaş qurumlarının Layihə Rəhbərləri, Azərbaycanın millət vəkili Tahir Mirkişili, həmçinin Benefisiar ölkənin dövlət maliyyə nəzarəti qurumlarının və xəbər agentliklərinin nümayəndələri də tədbirdə iştirak ediblər.

 

Modern.az xəbər verir ki, layihənin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə mühüm töhfə verməkdir.

 

Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, layihə Azərbaycan üçün  və Hesablama Palatası üçün önəmli bir tədbirdir, hadisədir.

“Biz bu layihənin qurumumuzun gələcək inkişafı və perspektivləri baxımından önəmini anlayaraq onun reallaşması üçün əlimizdən gələn bütün səyləri göstərmişik. Biz çox şadıq ki, bu layihədə bizim tərəfdaşımız məhz Polşa Milli Audit Ofisidir. Çünki, Polşa Ali Audit Qurumu ilə üzv olduğumuz beynəlxalq və regional təşkilatlar çərçivəsində bundan öncədə də məhsuldar əməkdaşlıq təcrübəsi mövcud olub. İnanırıq ki, 27 ay davam edəcək bu layihədə, artıq biz öz münasibətlərimizi daha yeni müstəvidə qura biləcəyik və bu bizim əlaqələrimizi daha da gücləndirərərək peşəkar dostluq səviyyəsinə qaldıracaq.

Hesablama Palatası gənc Ali Audit Qurumu olaraq həmişə və daima beynəlxalq əməkdaşlıqlara və layihələrə açıq olunub. Çünki biz bunun qurumumuzun fəaliyyətinə verə biləcəyi önəmi anlayır və bu istiqamətdə xarici həmkarlarımızın qabaqcıl təcrübəsindən istifadə edərək irəliləməyə çalışırıq. Bir çoxlarınız bilirsiniz ki, Hesablama  Palatasının mövcud potensialının inkişaf etdirilməsi və gücləndirilməsi üzrə Dünya Bankı və SECO-nun rəhbərliyi ilə digər bir layihə keçirilir, bu gün isə Aİ-nın maliyyə dəstəyi ilə yeni bir layihənin başlanğıcına hamılıqca şahid oluruq. Bu bizim Aİ ilə olan ilk iş birliyimizdir və ümidvarıq ki, əməkdaşlığımız davamlı olacaq və digər inkişaf alətlərindən də istifadə etmək imkanlarımız da genişlənəcəkdir”.

 

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1,400.000 avro təşkil edən Layihəyə oktyabrın 1-də start verilmişdir və Benefisiar Ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatasının və Aİ-yə Üzv Dövlət (MS) qismində Slovakiyanın və Xorvatiyanın ali audit qurumlarının (SAIs) ekspertlərinin dəstəyi ilə Polşanın Ali Audit İdarəsi (NIK) tərəfindən həyata keçiriləcək. Layihə təxminən 2019-cu ilin dekabrınadək 27 ay müddətində davam edəcək.

 

Layihə beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Beynəlxalq Audit Qurumları Təşkilatı (INTOSAI) tərəfindən müəyyən edilmiş kənar audit standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirmək məqsədilə dörd icbari nəticəyə nail olmağı nəzərdə tutur.

Qeyd olunan 4 nəticə bunlardır:

  1. Kadrların səmərəliliyini və effektivliyini artırmaq məqsədilə Hesablama Palatasının insan resursları idarəçiliyinin və funksional potensialının inkişaf etdirilməsi.
  2. Hesablama Palatasının Ali Audit Qurumlarının Beynəlxalq Standartlarına (ISSAI) və milli qanunvericiliyə uyğun olaraq maliyyə auditi və audit yoxlamaları həyata keçirmək və audit hesabatları təqdim etmək potensialının artırılması.
  3. Hesablama Palatasının Ali Audit Qurumlarının Beynəlxalq Standartlarına (ISSAI) və Azərbaycan qanunvericiliyinə/normativ aktlara uyğun olaraq fəaliyyətinin məhsuldarlığının yoxlanılmasını həyata keçirmək və hesabat təqdim etmək bacarıqlarının artırılması.
  4. Hesablama Palatasının öz rolu və işi ilə əlaqədar daha məlumatlı maraqlı tərəflərlə, o cümlədən Parlament, audit yoxlaması obyektləri və mətbuatla əlaqə qurması.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?