Modern.az

Bakıda FIFA sammiti keçiriləcək

Bakıda FIFA sammiti keçiriləcək

Aktual

20 Noyabr 2017, 18:42

Noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək.

 

Modern.az AFFA-ya istinadən məlumat verir ki, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcəklər.

 

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi