Modern.az

Sabah paytaxtın bu rayonu qazsız qalacaq

Sabah paytaxtın bu rayonu qazsız qalacaq

20 Noyabr 2017, 21:15

Sabah Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Modern.az “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, buna səbəb təmir işlərinin aparılmasıdır. Belə ki, “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zəruriyyəti ilə əlaqədar, noyabrın 21-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E. Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A. Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır