Modern.az

Gənclərə vətənpərvərlikdən, dövlətin bütövlüyündən, suverenliyimizdən söz açılıb

Gənclərə vətənpərvərlikdən, dövlətin bütövlüyündən, suverenliyimizdən söz açılıb

Aktual

20 Noyabr 2017, 14:42

13-18 noyabr tarixlərində  “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti İctimai Birliyi, Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Gənclər  Fondunun  maliyyə dəstəyi ilə  “Canım Vətənim Azərbaycanım ” adlı layihəsi çərçivəsində , gənclərə  vətənpərvərlik  hisslərin aşılanması mövzusunda  Quba Soyqırımı Memorial Kompleksinə məktəblilərin ekskursiyaları  təşkil  edib.

 

Modern.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərlə  millətin vətənpərvərliyindən onun tamlığından, bütövlüyündən, xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsindən, tanınmasından, hörmətlə qarşılanmasından, dövlətin bütövlüyü, suverenliyi mövzularında təbliğat işlərin aparılmasından ibarət olub. Təşkilatın rəhbəri Yusif Şıxlarovun verdiyi məlumata görə, ekskursiyalar  Quba rayon İcra Hakimiyyətinin  təşkilatı  dəstəyi ilə,  şəhərin  2,4,6,7  saylı  orta məktəblərinin  şagirdlərinin  iştirakı ilə baş  tutub.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır