Modern.az

15-ci mərtəbədən düşən kəpic iki maşını əzdi - Video

15-ci mərtəbədən düşən kəpic iki maşını əzdi - Video

20 Noyabr 2017, 22:26

Bakıda yaşayış binasının 15-ci mərtəbəsindən iki avtomobilin üzərinə kərpic düşüb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 42-50 ünvanında baş verib.

 

Nəticədə də hər iki avtomobilə ciddi ziyan dəyib.Hadisə zamanı oradan keçən piyadalar xəsarət almayıb.Yaxınlıqda olan obyektlərədə zərər dəymiyib.''Leksus'' markalı avtomobilin sürücü Azər Fərəcov şifahi olaraq bildirdi ki,yaxınlıqdakı Moskva univermağından çıxıb avtomobilini götürəndə maşının ön hissəsinin əzildiyinin şahidi olub.

 

Mənzilin sahibi Elxan Məmmədov bildirib ki, evi yeni alıb və eyvanında təmir işləri aparırmış. Hadisə vaxtı isə evdə, ancaq ustalar olub və elə onların səhvi ucbatında da belə bir hadisə baş verib.

 

Ev sahibi bildirib ki, mənzildə işləyən ustalar polis tərəfində dindirilib. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı