Modern.az

Doğuş zamanı əkiz övladlarını itirən ana da öldü

Doğuş zamanı əkiz övladlarını itirən ana da öldü

Aktual

20 Noyabr 2017, 22:57

Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı iki əkiz övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

 

1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.

 

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!