Modern.az

FES rəhbəri istefa verdi

FES rəhbəri istefa verdi

21 Noyabr 2017, 00:55

Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Janet Yellen xələfi Cerom Pauelin and içməsinə uyğun olaraq İdarə Heyətinin tərkibindən istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Yellenin istefa məktubu bu gün prezident Donald Trampa təqdim edilib.

Yellen məktubunda bildirib: "Cənab prezident xələfimin and içməsindən sonra sizə istefa məktubumu yazıram. FES-ə 30 il boyunca xidmət etmək mənim üçün böyük şərəf və qürur mənbəyi idi”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FES) başçısı postuna bu ayın əvvəllərində Cerom Pauelin namizədliyini irəli sürmüşdü. Onun namizədliyi Senat tərəfindən təsdiqləndikdən sonra Pauel gələn ilin fevralından vəzifəsinin icrasına başlaya bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub