Modern.az

Universitetlərarası intellektual yarış keçirilib

Universitetlərarası intellektual yarış keçirilib

21 Noyabr 2017, 10:13

18 noyabr tarixində Bakı Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan İntellektual Oyunlar Klubunun (AİOK) dəstəyi ilə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (BDU TGT) tərəfindən universitetin yaranmasının 98 illiyinə həsr olunmuş "BDU-98" adlı intellektual yarış keçirilib.

 

Modern.az xəbər verir ki, ümumilikdə 3 saat davam edən yarışda qonaq qismində Yasamal rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramin Cəbrayıl, idarənin əməkdaşı Samir Kazımov, AİOK-un sədri Aydın Piriyev və müxtəlif təhsil müəssisələrinin TGT sədrləri iştirak edib.

 

Bakı və Sumqayıt şəhərlərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin də komandalarının qatıldığı yarışda ümumilikdə 50-dən çox komanda qalibiyyət uğrunda mübarizə aparıb. Komandaların gərgin mübarizəsi ilə 3 mərhələdə davam edən yarışda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Ala qarğa” komandası topladığı 16 balla 3-cü yerdə, Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası 18 balla 2-ci yerdə qərarlaşıb. Yarışın qalib komandası isə 26 bal toplayan Bakı Mühəndislik Universitetinin “Mühəndislik universiteti” adlı komandası olub.

 

İlk 3 yerin sahibi olan komandalar BDU TGT tərəfindən hədiyyələr, diplom və medallarla mükafatlandırılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi