Modern.az

Dələduzluq edən baş redaktor məhkəmə qarşısında

Dələduzluq edən baş redaktor məhkəmə qarşısında

21 Noyabr 2017, 11:26

Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

G.Hüseynov ittiham aktının sürətini almadığını bildirib. 

Məhkəmədə təqsirləndirilən şəxsə ittiham aktının sürətini təqdim edilib.

Hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək.
 
G.Hüseynov həmçinin rüşvət verməkdə ittiham edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?