Modern.az

Səttar Möhbalıyev Səlim Müslümovu ƏVƏZLƏDİ           

Səttar Möhbalıyev Səlim Müslümovu ƏVƏZLƏDİ           

Aktual

21 Noyabr 2017, 11:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət  Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

 

Bu barədə Modern.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, iclasda Komissiyaya yeni sədr seçilib. 

 

Bildirilib ki, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir.

 

Ardıcıllığa uyğun olaraq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.

 

Qeyd edək ki, indiyədək Komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür