Modern.az

“Türkiyə düşməni” Avropa Birliyinin prezidenti seçildi

“Türkiyə düşməni” Avropa Birliyinin prezidenti seçildi

20 Noyabr 2009, 10:28

Avropa Birliyi (AB) liderlərinin verdiyi son qərara görə Belcikanın baş naziri Herman Van Rompuy ittifaqın yeni prezidenti seçilib. Van Rompuyun AB rəhbərliyinə seçilməsi üçün xüsusi səy göstərənlər isə Almaniya kansleri Angela Merkel və  Fransa prezidenti Nikola Sarkozi  olub.

Qeyd edək ki, Belçika baş nazirinin AB prezidenti seçilməsi bu qurumun üzvlüyünə can atan Türkiyədə üzüntü ilə qarşılanıb.  Çünki Van Rompuy qatı antitürkiyə ovqatlı Avropa diplomatıdır. O, Türkiyənin AB üzvülüyürə qarşıdır.

Belçikada baş nazir vəzifəsində hələ bir ilini tamamlamayan xristian-demokrat Van Rompuy, partiyasının müxalifətdə olduğu 2004-cü ildə parlamentdə etdiyi bir çıxışında "Türkiyə, Avropanın parçası deyil və əsla parçası olmayacaq. Xristianlığın təməl dəyərlərini daşıyan Avropa Birliyi Türkiyə kimi böyük bir İslam ölkəsini sıralarına qəbul etməklə qüvvəsini itirə bilər" demişdi.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir