Modern.az

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

21 Noyabr 2017, 11:51

Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur.

 

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib.

 

Onun sözlərinə görə, hazırda ixtisasların təsnifatı hazırlanır:

 

"Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya olunmalıdır. Təbii ki, hər iki təsnifat eyni olmalıdır.

 

Məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir