Modern.az

Oqtay Əsədov da gələn ilin büdcəsindən DANIŞDI

Oqtay Əsədov da gələn ilin büdcəsindən DANIŞDI

Aktual

21 Noyabr 2017, 12:18

Milli Məclisdə 2018-ci ilin büdcə layihəsi müzakirələri başlayıb.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasət dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsirinin qarşısının alınmasına kömək edib.

 

Spiker deyib ki, cari ildə Azəri-Çıraq-Günəşli layihəsinin 2050-ci illərə uzadılması və Bakı- Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması Azərbaycan iqtisadiyyatının daha da inkişafına zəmin yaradıb.

 

“2018-ci ilin büdcəsi gələn il də ölkəmizdə olacaq dinamik inkişafı əks etdirir. Büdcə gəlirlərində qeyri-neft sektoru 50 faizə çatıb.Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, infastrukturun inkişafı və digər sahələrlə bağlı həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabilliyətinin artırılmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, Azərbaycan Qlobal Davos Forumunun reytinqində iki pillə irəliləyib”.

 

O.Əsədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi müasir dövrün çağırışları nəzərə alınaraq tərtib olunub.

 

“Gələn ilin büdcə zərfində real iqtisadi artım proqnozlaşdırılıb. Yeni büdcədə gəlirlər 2017-ci ilin büdcəsi ilə müqayisədə 3.3 milyard, xərclər isə 3 milyard manat çox olacaq.

 

Bütün bunlar kənd təsərrüfatının stimullaşdırılmasına və digər sahələrə yönəlib.Ümumiyyətlə, büdcə Milli Məclisdə bütün komitələr tərəfindən müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Müzakirələrdə 35- dən çox millət vəkili çıxış edib. Hesablama Palatası da yeni büdcə zərfi ilə bağlı sənəd hazırlayıb, onu müsbət qymətləndirib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir