Modern.az

Komitə sədri: “Onlar vergi versəydilər, büdcə gəlirləri daha çox olardı”

Komitə sədri: “Onlar vergi versəydilər, büdcə gəlirləri daha çox olardı”

21 Noyabr 2017, 12:53

“Prezident İlham Əliyev 2 milyard ton neftin çıxarılması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirdi ki, bu sahədə əldə edilən uğurlar Azərbaycan neftçilərinin gərgin əməyinin nəticəsidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

 

Deputat bildirib ki, son 10 ildə Neft Fondundan büdcəyə 76 milyard dollar transfert gəlib.

 

O  əlavə edib ki, son illərdə Azərbaycanda bir sıra yeni sənaye müəssisələri yaranıb.

 

“Hesab edirəm ki, onlara innovativ yeniliklər tətbiq edilməlidir və təkmilləşdirilməlidir. Bu sənaye parklarında 600 milyon manatlıq məhsul istehsal olunub. Sənaye parkları respublikanın müxtəlif yerlərində fəaliyyət göstərir”.

 

Z. Səmədazadə deyib ki, bu gün Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyini təmin edən nəqliyyat sistemi var.

 

“Azərbaycan nəqliyyatının yeni strategiyasının hazırlanması bu işdə böyük rol oynayır”.

 

Deputat bildirib ki, texnoparklar, sənaye məhəllələri vergilərdən azaddır.

 

“Bunlar vergidən azad olmayasdı, büdcənin gəlirləri daha çox olardı. İqtisadi potensial artdıqca, belə müəssilərin vergidən azad olması halları aradan qalxacaq”.

 

Komitə sədri qeyd edib ki, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək.

 

 "Biz təhlillər apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə cəmi 1,8-2 milyard. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə baş verib. Bu illərdə dövlət büdcəsinin gəlirləri 4 milyard manat artıb. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ilə təsadüf edir.

Bu zaman dövlət büdcəsinin gəlirləri 4,3 milyard manat artıb. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını təmin edirik.

 

Belə bir yanaşma Azərbaycan hökumətinin son illərdə apardığı iqtisadi siyasət nəticəsində iqtisadi potensialın möhkəmlənməsi, yaradılan yeni müəssisələr, yeni iş yerləri və sairin nəticəsində mümkün olub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir