Modern.az

Azərbaycanda jurnalistlər üçün karnaval keçiriləcək

Azərbaycanda jurnalistlər üçün karnaval keçiriləcək

21 Noyabr 2017, 13:24

Azərbaycanda ilk dəfə olaraq ümumrespublika jurnalistlərin İl Sonu Karnavalı keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, karnaval ölkədə fəaliyyət göstərən jurnalistlərin yaratdığı “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu  tərəfindən təşkil olunur.

 

Məlumata görə, karnaval  dekabrın 22-də Bakıda keçiriləcək.

 

Tədbirə ölkədəki bütün aparıcı mətbuat orqanlarında çalışan, o cümlədən müstəqil jurnalistlərin, qonaq qismində isə ictimai xadimlərin, deputatların qatılacağı gözlənilir. Karnavalda 200-ə qədər jurnalistin iştirakı nəzərdə tutulub.

 

Beynəlxalq tədbirlərin təşkilatçılığına cəlb olunmuş peşəkar ssenaristlərin iştirakı ilə hazırlanan karnaval məzmununa görə ölkədə ilk dəfə keçirilmiş olacaq.

 

Məqsəd jurnalistlərin sərbəst və qeyri-adi formada il sonu bayramını təşkil etməkdir.

 

Qeyd edək ki, “Mətbuat Qeyri-Rəsmi” JK 2012-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb, media nümayəndələrinin işdən kənar asudə vaxtının təşkili, peşəkar sahədə fikir mübadilələrini nəzərdə tutan toplantıların keçirilməsi, Bakıda fəaliyyət göstərən jurnalistlərin ölkənin regionlarında ilə tanışlığının təmin edilməsini əhatə edir. Qurumun təşkilat komitəsi jurnalistlər Yelena Sidorenko, Murad Əliyev və Mübariz Aslanovdan ibarətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi