Modern.az

Gecəqondular özəlləşdirilsin - Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF

“Gecəqondular” özəlləşdirilsin - Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF

Aktual

21 Noyabr 2017, 14:40

“Hər kəs bilir ki, elmi işçilərin məvacibləri çox azdır. Gələn il üçün hökumət 7 faizə qədər inflyasiya proqnozlaşdır. Ona görə də bu işçilərin vəziyyətinin necə ağır olacağını indidən demək olar”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

 

O bildirib ki, artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını yükdən azad etmək lazımdır.

 

“Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi var. "İstanbul böyüdükcə, Türkiyə kiçilir". Bu fikri Bakı haqqında da işlətmək olar.

 

Bakı böyüdükcə, Azərbaycan kiçilir. Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmaq vacibdir. Bakı ətrafında dəhşətli bir "gecəqondu" strukturu yaranıb. Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür”.

 

Deputat vətəndaşların "gecəqondular"ını özəlləşdirməsinə imkan yaradılmasını təklif edib.

 

“Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.

 

F. Mustafa qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır.

 

“Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür