Modern.az

Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

21 Noyabr 2017, 15:38

Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin tikintisinə başlanılacaq.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

 

Ş.Mustafayev bildirib ki, ölkədə xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması işləri davam etdirilir:

 

"Belə ki, Horadiz qəsəbəsində və Şəmkir rayonunda bu müəssisələr artıq istifadəyə verilib, 6 rayonda müəssisələr istismara tam hazır vəziyyətə gətirilib, digər 2 rayonda isə işlər cari ilin sonunadək yekunlaşacaq, 2018-ci ildə 10 yeni müəssisənin tikintisinə başlanılacaq".

 

Nazir əlavə edib ki, xalçaçılığın xammal bazasının yaradılması üçün Sumqayıtda Yunəyirici Boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanılması və 5 rayonda yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı