Modern.az

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

21 Noyabr 2017, 19:50

Zimbabve parlamenti prezident Robert Muqabeyə impiçment elan edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.

Zimbabve prezidenti istefaya getmək təklifini qəbul etməyib. O, seçki keçirilmədən postunu tərk etməyəcəyini bəyan edib.

 

17:37

 

Zimbabve lideri Robert Muqabenin impiçment proseduru bu gün başlayan parlament iclası ilə start götürüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hakim “Zimbabvenin Afrika Milli İttifaqı-Vətənpərvərlər Cəbhəsi” partiyası Muqabenin könüllü istefadan vaz keçməsindən sonra bu addımı atıb.

 

Parlament binasının önündə Muqabenin istefası tələb olunur.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi