Modern.az

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   

21 Noyabr 2017, 17:39

“2018-ci ilin dövlət büdcəsini sosialyönümlü və milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edəcək büdcə kimi qiymətləndirə bilərik”


“Hazırda olduqca mürəkkəb tarixi bir mərhələdən keçməkdəyik. Bu tarixi dövr təkcə regionumuzda baş verən hərbi-siyasi hadisələrlə deyil, həm də mürəkkəb qlobal iqtisadi proseslərlə əlamətdardır. Təsadüfi deyil ki, son illərdə qlobal iqtisadi mərkəzlərin milli iqtisadiyyata və onu formalaşdıran resurslara süni müdaxiləsi Elman müəllimin də "xarici şok kimi" ifadə etdiyi neqativ təsirləri yaratdı. 2015-ci ildə milli  valyutamızın devalvasiyaya məruz qalması da, imperialist siyasi mərkəzlərin iqtisadiyyata süni müdaxiləsinin nəticəsi idi. Əgər bütün bunları nəzərə alsaq biz deyə bilərik ki, hazırda 2018-ci ilin dövlət büdcəsini iqtisadiyyatımızın və maliyyə instutlarımızın post-devalvasiya mərhələsində müzakirə edirik. Ona görə də qiymətləndirməni də bu şərtləri nəzərə alaraq aparmalıyıq”.


Modern.az-ın məlumatına görə, bu fikirləri «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.


H.Babaoğlu bildirib ki, 2015-ci ildə ölkə Prezidenti tərəfindən həyata keçirilən hüquqi və institusional islahatlar milli valyutamızı möhkəmləndirməklə yaranmış vəziyyətdən ən optimal vaxtda və ən effektiv vasitələrlə çıxmağımıza səbəb oldu. Onun sözlərinə görə, ölkənin baş bankiri çıxışında qeyd etdi ki, ötən dövr ərzində manat 15 faiz möhkəmlənib. Bu özlüyündə olduqca yaxşı göstərici olmaqla əslində həm də digər iqtisadi proseslərin də keyfiyyətini qiymətləndirmək üçün bir meyardır. Əgər 2015-ci ildə ən optimist proqnozlar belə 2 ildən sonrakı vəziyyəti qiymətləndirərkən hazırda əldə etdiyimiz nəticələri söyləməkdə tərəddüd edirdilərsə, bu gün bu reallıqdır. Yəni 2018-ci il büdcəmiz devalvasiyadan əvvəlki mərhələdə olan büdcəmizdən heç də geri qalmır.


“Əgər 2018-ci il dövlət büdcəsini xarakterizə etməyə çalışsaq, ilk növbədə, onun sosialyönümlü və milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edəcək büdcə kimi qiymətləndirə bilərik. Çünki büdcə layihəsində həm iqtisadi, həm hərbi, həm təhsil, səhiyyə və s. kimi strateji sahələri əhatə edən istiqamətlərin inkişafı və maliyyələşməsi nəzərdə tutulub. Biz bilirik ki, büdcə və sosial-iqtisadi inkişaf bir-biri ilə üzvü şəkildə bağlıdır. Elə büdcənin effktivliyi də onun inkişafı təmin etməsi ilə ölçülür. Bu mənada büdcə layihəsində ölkəmizdə yeni magistral və yerli əhəmiyyətli yolların tikintisinin, su kanalizasiya kommunikasiyasının yaradılmasının maliyyələşməsinin nəzərdə tutulması olduqca mühüm məsələlərdən biri hesab edilməlidir. Çünki hər kommunikasiya öz ətrafında mikro iqtisadi mühit yaratmaqla bərabər inkişafı stimullaşdıran vasitə kimi çıxış edir. Bir qədər əvvəl hörmətli həmkarlarım regionların inkişafı məsələsinə toxundular.


Bu günə qədər regionlarımızın inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı həyata keçirilib. Ayrıca Bakı ətrafı kənd və qəsəbələrin inkişafı ilə bağlı da xüsusi proqram həyata keçirilməkdədir. Bütün bunlar regionlarımızda mövcud olan xüsusi iqtisadi rayonlarda yerli xüsusiyyətə uyğun olaraq yeni iqtisadi inkişaf formalaşdırıb. Elə 2018-ci ilin büdcə layihəsi də həm də regionların inkişafını təmin edəcək layihə kimi xarakterizə oluna bilər. Burada qeyd edildiyi kimi, Yeni Aqroparkların salınması, yeni sənaye məhəllələrinin yaradılması, sənaye parklarının tikilməsi kimi mühüm iqtisadi layihələr elə regionlarımızda həyata keçirilir. Mingəçevir, Gəncə, Neftçala, Sumqayıt, Hacıqabul, Şəki və s. kimi şəhər və rayonlarımız iqtisadi mərkəzlərə çevrilməkdədir. Kənd təsərrüfaiının inkişafı, istehsal olunan malların ixracına dövlət dəstəyinin təmin edilməsi üçün Azeksport dediyimiz xüsusi qurumun yaradılması ölkəmizdə xalçaçılığın, pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi və bunun üçün kifayət qədər büdcə vəsaitinin ayrılması ölkəmizdə yeni inkişafa səbəb olacaq. Bütün bu vacib işlərin həyata keçirilməsi 2018-ci il büdcə lahiyəsində nəzərdə tutulur. Digər sahələr üzrə də hesablama palatasının rəyini və qiymətləndirməsini nəzərə alaraq mən 2018-ci il büdcə layihəsinə səs verəcəyəm»- deyə, millət vəkili vurğulayıb.

Bununla yanaşı H.Babaoğlu bir neçə təklif də irəli sürüb. Hazırda dünya ölkələrində, o cümlədən Azərbaycanda autizm sindromlu uşaqlarının sayının artdıgını deyən millət vəkili bildirib ki, bu xəstəliyin müalicəsi kifayət qədər maliyyə tələb edir: “Son zamanlar autizm xəstəliyi geniş yayılıb. Əgər sağlam gələcəyimizi düşünürüksə bu problemin həlli üçün mərkəzlər yaradılmalı, dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə, rebilitasiyasına ciddi dəstək verməlidir”.


H.Babaoğlu həmçinin inklüziv təhsilin əhəmiyyətinə toxunaraq valideynlərinin hər ikisi əlil olan tələbələrin təhsil haqqından azad edilməsi məsələsinə də toxunub:

“Valideynlərinin hər ikisnin I və ya II qrup əlil olan tələbələr  təhsil haqqından azad edilməsi dövlət büdcəsi hesabına edilməyə də bilər. Bunu ali məktəblər özləri də edə bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir