Modern.az

Ən təhlükəli parollar açıqlandı

Ən təhlükəli parollar açıqlandı

21 Noyabr 2017, 18:58

“Google” şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın nəticələrini açıqlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə 1.48 milyard login, parol və digər fərdi istifadəçi məlumatları kibercinayətkarların əlinə keçib.

 

Əksər məlumat sızması isə sadə parol qoyan istifadəçilərin payına düşüb.

Belə ki, ən populyar təhlükəli parol cinayətkarlar tərəfindən 6 milyon dəfədən çox tapılan “123456” olub. İkinci yeri ingiliscə parol mənasını verən “password” sözü tutub. Onun müdaxilə sayında payı 2.7 milyon təşkil edib. Liderlər üçlüyünü 2.2 milyon dəfədən çox yığılan “123456789” kombinasiyası tamamlayıb.

 

Bildirilir ki, internet istifadəçiləri ən çox məlumat bazaları güclü mühafizə edilməyən şirkətlərin səhvinə görə ziyan görürlər. “Google” şirkətinin məlumatına görə, 2016-cı ildə 1,9 milyard insan qlobal hücumların qurbanı olub.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər