Modern.az

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

21 Noyabr 2017, 21:43

Goranboyda baş verən yol qəzasında xəsarət alan azyaşlı dünyasını dəyişib. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Bəşirli kəndi ərazisində qeydə alınan yol qəzasında xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. Digər 2 azyaşlının vəziyyəti isə orta ağırdır.       

 

20:15

 

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Bəşirabbas kəndi ərazisində "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır. İndiyədək xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub.

 

Əliyev Ramin Nazim oğlu,  1986

Quliyeva Şəbnəm Sabit qızı, 1999

Məmmədova Nüşabə İsrayıl, 1988

Quliyev Hüseyn Sadiq oğlu, 2002

Süleymanov Orxan Sərvan oğlu, 1997

Bayramova Sadəgül Həsən qızı, 1991

 

Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış. Hazırda qəzanın səbəbləri araşdırılır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir