Modern.az

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Hadisə

21 Noyabr 2017, 21:00

“Vladimir Putinlə söhbət - birinci şəxsdən” kitabında Pusiya prezidentinin maraqlı etiraflarından biri də ata babasının aşpaz olması ilə bağlıdır. Prezident qeyd edib ki, babası Ulyanovlar ailəsinin aşpazı olub.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir. 

 

Yəqin ki, Rusiya prezidenti Vladimir Putinin ata babası Spiridon Putin nəvəsinin dövlət başçısı  olduğunu görsəydi, sevincinin həddi-hüdudu olmazdı. Təkcə prezident babası olduğuna görə yox, həm də ona görə ki, o, ölkədə birinci səxsin nə demək olduğunu şəxsən müşahidə edib.

 

Bir sıra kütləvi informasiya vasitələrində Spiridon Putinin Vladimir İliç Leninin aşpazı olduğu göstərilir. Ancaq burada bir anlaşılmazlıq var. Leninlə bağlı bütün arxiv sənədlərində qeyd olunur ki, proletariatın rəhbərinin mətbəxində yalnız qadınlar çalışıb. O cümlədən, Leninin əsas aşpazı və həm də xidmətçisi Şura Vorobyova adlı qadın olub. Bu məsələ ilə bağlı tədqiqatçıların araşdırmasından məlum olub ki, Spiridon Putin Leninin ölümündən sonra Qorkidə onun ailəsində aşpaz kimi fəaliyyət göstərib. O, Leninin ailə üzvlərinin və o cümlədən, Nadejda Krupskayanın yeməklərini hazırlayıb.

 

Putinin qan qohumu olan Yevgeni Putinin sözlərinə görə, baba Putin 15 yaşında olarkən aşpaz sənətini öyrənmək üçün Sankt-Peterburqa gedib. Bu işdə ona qohumları yardımçı olub.

 

30-cu illərin sonundan Spiridon Putin İlyinski istirahət evində fəaliyyətini davam etdirib. O, burda əsasən mədəniyyət naziri Furtsevaya, Moskva şəhər partiya komitəsinin birinci katibləri olmuş Qrişinə, Kapitonova, Xruşova və onun anasına aşpaz kimi xidmət göstərib.

 

Böyük Vətən müharibəsi illərində Spiridon Putin Sovet İnformasiya Bürosunun rəhbəri Şerbakovun bağ evində çalışıb.

 

Spiridon Putinin Stalinin bağ evində aşpaz olması fikri də yanlışdır. Vladimir Putinin əmisi Aleksandr Putinin söylədiklərinə görə, atası heç vaxt Stalinin aşpazı olmayıb:

“Atam Stalinin aşpazı işləməyib. Ancaq buna baxmayaraq, o, bir neçə dəfə Stalin üçün müxtəlif xörəklər hazırlayıb. Stalin gizli şəkildə arabir Qorkiyə - Ulyanovlar ailəsinə baş çəkəndə atam onun üçün xörəklər hazırlayıb. Atamın dediklərinə görə, Stalinin ən çox sevdiyi xörək qoyun ətindən hazırlanmış “Araqvi” idi. Bu xörəyin adını Stalin özü qoymuşdu. Atam söyləyirdi ki, Stalin çox tələbkar və ədalətli insan idi. Buna baxmayaraq, atam xidmət etdiyi yüksəkçinli insanların arasında daha çox Ulyanovlar ailəsini hörmətlə xatırlayırdı”.

 

Aşpaz Putin öz dövründə işini mükəmməl bilən peşə sahibi kimi tanınıb. Olduqca məsuliyyətli və ciddi adam olub. Kitab oxumağı sevib, daha çox Qoqolun əsərlərini mütaliə edib. Təmizlik, səliqə-sahman, tabeliyində olan işçilərin nizam-intizamı Spiridon Putin üçün əsas şərt sayılıb.

 

Nəvə Putin 5 yaşında olarkən atası ilə birgə babasını ziyarətə etməyə gedəndə soruşmadan mətbəxdəki jeleni yediyinə görə babasından qulaqburması da alıb. Belə ki, jele Moskvanın 1-ci katibi Kapitonov üçün hazırlanıbmış.

 

Mükəmməl aşpaz olmasına baxmayaraq, Spiridon Putin öz sənətindən razı olmayıb. O, mühəndis və ya arxitektor olmaq arzusunda olub. Buna görə də özündən sonra övladlarına və nəvələrinə aşpaz olmağı tövsiyyə etməyib. Və təbii ki, ən ağıllı nəvəsi olan Vladimir Putin də aşpazlığı yox, siyasəti seçib. Elə bir siyasəti ki, onu prezident kürsüsünə yüksəldib və bu kürsüdə ona aşpazlar briqadası xidmət edir.

 

Spiridon Putin 1965-ci ildə 86 yaşında vəfat edib. 72 yaşına qədər onu peşəkar aşpaz kimi mötəbər ziyafətlərin təşkilinə dəvət ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!