Modern.az

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

21 Noyabr 2017, 21:57

Tatarıstan Respublikasının Kazan Rayon Məhkəməsi 37 yaşlı Azərbaycan vətəndaşını həbs edib. Modern.az "Report"a istinadən xəbər verir ki, o, noyabrın 18-də həmvətənlərinə TT markalı tapança ilə atəş açmaqda günahlandırılır.

 

Belə ki, 37 yaşlı şübhəli şəxs 19 və 45 yaşlı həmyerliləri ilə pul üstündə mübahisə edib. Bu zaman o, tapançadan atəş açaraq 45 yaşlı şəxsi başından və döş qəfəsindən, digərini isə ayağından yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs bir gün sonra yaşadığı evin qarşısında saxlanılıb. Axtarış zamanı onun mənzilindən TT markalı tapança, daraq və 3 patron götürülüb. O, təqsirini qismən boynuna alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir