Modern.az

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

21 Noyabr 2017, 22:14

Bu il Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildiriblər:

 

Mərkəzdən qeyd edilib ki, bu il dərmanların ölkəyə idxalı zamanı keyfiyyətlə əlaqəli problemlər qeydə alınmayib: "Bu il apteklərdə reydlər aparılmayıb. Çunki yoxlamalar dayandırılıb və yoxlamaya səbəb olacaq şikayətlər də daxil olmayıb. İdxal zamanı əsasən texniki səbəblərlə əlaqədar müəyyən problemlər olub ki, bunlar da içlik vərəqəsi və ya qablaşma ilə bağlı olub".

 

Mərkəzdə dərmanların əlavə təsirlərinin öyrənilməsi üçün Farmokonəzarət şöbəsi də yaradılıb.a

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır