Modern.az

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı

21 Noyabr 2017, 23:02

Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk oyunu keçirilib. Modern.az xəbər verir ki, "G" qrupunda "Vodafone Park" stadionunda Türkiyənin "Beşiktaş" və Portuqaliyanın "Porto" klubları qarşılaşıblar.

 

İlk hissənin 29-cu dəqiqəsində qonaqların müdafiəçisi Felipe hesabı açıb - 0:1. Bundan 12 dəqiqə sonra 41-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi Taliska hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

 

Beləliklə, Türkiyənin "Beşiktaş" klubu 11 xalla qrupdakı liderliyini və turnirin 1/8 finalında iştirakını vaxtından əvvəl təmin edib.

 

Bir azdan, 23:45-də "Monako" və "RB Leypsiq" klublarının iştirakı ilə qrupun digər matçı keçiriləcək. Bu oyunda “Leypsiq” xal itirsə, “Porto” da xoşbəxtlər sırasına qoşulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?