Modern.az

“Bit bazarı” deyib keçməyin - Hər şey tapacaqsınız - REPORTAJ

“Bit bazarı” deyib keçməyin - Hər şey tapacaqsınız - REPORTAJ

Aktual

22 Noyabr 2017, 09:17

“Bit bazarı” deyib  keçməyin. Doğurdan da bu bazarda bitdən başqa hər şey satılırmış... İlk duyduğumda mən də təəccüblənmişdim. Adı maraqlı idi. Bitin də bazarı olar? Olar! Doğurdanda bu bazarda satıcıların da dediyi kimi, “bitdən birəyə” hər şey satılır. Elə ona görə də el arasında bu bazarın adına “Bit bazarı”  deyilir. Belə bazar Bakıda – Sabunçuda da var.

Amma indi mən Modern.az üçün Bakıdakı “Bit bazarı”ndan deyil, Türkiyədə - İstanbuldakı “Bit bazarı”ndan yazıram...

Burda nə istəsən tapmaq olar, iynədən-sapa, mebeldən, masaya, uşaq geyimlərindən ev əşyalarına, texniki avadanlıqlara qədər hər şeyı...

Bazarı gəzirəm. Nə ucuzmuş... Çoxlu çeşid var deyə, gəzdiyimiz alış-veriş mərkəzlərindən daha maraqlıdır. “Bit bazarı” deyib aşağılmayın... Bu bazarda hər markadan tapmaq olar. 

İnanılmaz əyləncəlidir. Hər kəs bir-birini tanıyır. Markalar, idxal malları, Fransadan “gələn" corablar… Hər cür ev əşyaları var burda. Həyatımda getdiyim ən ucuz bazarlardan biridir. “Porsche”, BMV, “Mercedes” ilə gələnlərin bazardı burası... 50 lərəyə sosyetə kimi geyin çıx. İnsanlar öz aralarında "sosyetə bazarı" da deyir bura. Çox məhşur parfümləri burda çox ucuza tapmaq olur, təbii orjinal deyil… Bu bazarda tanınmış mağazalardan alınan geyimlər satılır.  Eyni marka, eyni keyfiyyət. Amma qiyməti şok edəcək qədər ucuz. Ya ikinci əldir, ya da gözə çarpmayan deffekti var. Sadəcə, diqqətli olmaq lazmdır. Amma yalan yoxdu, geyinilmiş malların və əski cihazların sırası fərqlidir. Hələ bazardakı satıcıların müştəri cağırmaq sloqanlarını duysanız...

Yəni bazar deyil, tamaşa... Ən çox güldüyüm "sən ye kocanın parasını, başka karılar yeməsin"  oldu. Həə, qadınlar durarmı... “Bit bazarları”nda istənilən antik əşya da tapmaq olar. Soyuducu, televizor, telefon və çeşid-çeşit ev əşyası. Az pulla evini qur. Burda həm də çox turist görmək olar. Eyni zamanda, yeni əşyaların satıldıgı bölümdə "torba" biznesi quranlar (alverçilər) çoxluq təşkil edir. Əsasən ruslar və gürcülər var. Amma son zamanlar “Bit bazarı”nda da satış aşağı düşüb.  İnternet və sosial media vasitəsilə pay alım-satımının artması satıcıların işlərini də  zəiflədib. 

“Bit bazarı” satıcıları, internet və sosial media üzərindən alım-satımın artması ilə qazanclarının iki dəfə azaldığını söylədilər. Satıcı  Hakan Cansın Eğmirlə danışıram. Deyir ki, hər keçən il işlər pisləşir. İnsanlar artıq ikinci əl əşyaları da internet üzərindən alırlar: "Məncə bu duruma bir çözüm tapılmalıdır. Yoxsa keçmişə dayanıqlı tarixi olan “Bit bazarları” baglanacaq". 

Suriyalıların ilk gəldikləri illər bazarda canlanma olub. Suriyadan gələn qaçqınlar  ev əşyalarını bu bazarlarla təmin edib. Bir də “Bit bazarları”nda "tələbə sezonu" var. İldə bir dəfə tələbələr ev dəallalarının qazancını artırır. Amma satıcılar hesab edir ki, dövlət ikinci əl malların internet üzərindən satılmasına qadağa qoymalıdır.

Hər nə olursa olsun, adı “Bit bazarı” olsa belə, Türkiyəyə gələnlər mütləq buranı görməlidir... Ən kasıb hallarıyla həyata gülümsəyənlərin məkanıdır “Bit bazarı”...

 

Məhsəti Şərif,
Türkiyə

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir