Modern.az

Tbilisidə antiterror ƏMƏLİYYATI

Tbilisidə antiterror ƏMƏLİYYATI

Aktual

22 Noyabr 2017, 09:34

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. Əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.

 

Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.

 

Gürcüstan mətbuatı əməliyyatın məqsədinin terror təşkilatı ilə əlaqədə şübhəli bilnən 2 nəfərin saxlanılması olması barədə xəbər yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır