Modern.az

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək

22 Noyabr 2017, 12:20

Noyabrın 22-də Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü baş tutacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Həsən Ruhani və Rəcəb Tayyip Ərdoğanla  keçiriləcək üçtərəfli görüşdən bir az əvvəl Suriya lideri Bəşər Əsədlə də görüşən Putin bütün tərəflərin mövqelərini razılaşdırıb.

“2015-ci ilin sonlarından Suriyada Əsəd rejiminə hava dəstəyi verməyə başlayan Putin üçün bu görüş şəxsi zəfəri olacaq. Son vaxtlar İrana qarşı münasibətini sərtləşdirən ABŞ isə görüşə qatılmayacaq. Rəsmi Vaşinqton Moskvaya müraciət edərək görüşün İŞİD üzərindən qələbədən sonra Suriyada gərginliyin azaldılması üçün istifadə olunmasını istəyib” –deyə “Wall Street Journal”  yazır.

 

Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor məsləhətçisi Yelena Suponina isə üçtərəfli görüşü və Putinin Əsədlə danışıqlarını aktiv hərbi əməliyyatların başa çatması və siyasi dialoqun güclənməsi mərhələsi kimi qəbul edir.

“İŞİD sürətlə ərazilərini və maliyyə mənbələrini itirir. Faktriki olaraq təşkilat üzərində qələbə qazanıldığını desək də, bu terror və ekstremizmin sonu deyil. Radikallar gizli fəaliyyət keçəcəklər, lakin istənilən halda, müəyyən mərhələnin başa çatdığını vurğulamalıyıq”.

 

Ekspertin fikrincə, Suriyanın şərqindəki kürd amili, İdlibin şimalında türk ordusunun yerləşməsi və 4 təhlükəsizlik zonasında atəşkəs rejiminə nəzarət danışıqlarda əsas müzakirə mövzusu olacaq.

 

Digər rusiyalı ekspert Yuri Mavaşev isə Soçidə Suriya Milli Dialoq üzrə Konqresin formalaşmasını və onun mexanizmini, həmçinin kürd faktorunun əsas qaynar məsələlər olacağını təxmin edir.

“Moskva, Ankara və Tehran arasında əldə olunacaq istənilən razılaşma Suriya rəhbərliyinin razılığını da nəzərə almalıdır. Digər tərəfdən ABŞ-ın da maraqları nəzərə alınmalıdır. Əsas məsələlər üç tərəf arasında əldə olunacaq və ABŞ tərəfi sadəcə fakt qarşısında qalacaq. Vaşinqtonun oyunun yeni qaydalarını qəbul edib-etməyəcəyi isə başqa söhbətin mövzusudur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir